"Beşiktaş" "Qarabağ"a 4 milyon ödəməyə razılaşdı - Andrade üçün
"Beşiktaş"ın bir müddətdir "Qarabağ"ın futbolçusu Leandro Andrade ilə maraqlandığından məlumatınız var.
Mediasport.az xəbər verir ki, Türkiyə nəhəngi artıq əməli işə keçib.
İstanbul təmsilçisi 24 yaşlı vingerin transferi üçün "Qarabağ"ın qapısını döyüb.
Portuqaliyanın nüfuzlu "A Bola" nəşrinin məlumatına görə, Andradenin "qara qartallar"a keçidi an məsələsidir. Tərəflərin 4 milyon avroya əl sıxışacağı gözlənilir.
Xatırladaq ki, Kabo-Verde əsilli portuqaliyalı futbolçunun ağdamlılarla müqaviləsi 2027-ci ilin yayına qədərdir.
2022-ci ildən "köhlən atlılar"ın formasını geyinən yarımmüdafiəçi ötən mövsüm 58 oyuna 15 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.
"Beşiktaş" 2 gün əvvəl baş məşqçi postuna niderlandlı Covanni van Bronkhorstu gətirib.