"Şamaxı"dan növbəti transfer

"Şamaxı"dan növbəti transfer

“Şamaxı” mövsümün ikinci yarısı üçün heyətini gücləndirmək üçün çalışmalarını davam etdirir.

Mediasport.az xəbər verir ki, bölgə təmsilçisi müdafiəçi Arsen Ağcabəyovla mövsümün sonuna qədər müqavilə bağlayıb.

Qeyd edək ki, Ramiz Məmmədovun komandası daha əvvəl Roman Hüseynov, Bəhruz Teymurov və Səbayıl Bağırovu heyətinə qatıb.