"Sumqayıt" rekordu yeniləyib

"Sumqayıt" rekordu yeniləyib

“Sumqayıt” tarixi ərzində bir mövsümdə ən çox xalı toplayıb.

Mediasport.az xəbər verir ki, komanda bu nailiyyətə Azərbaycan Premyer Liqasının 2023/2024-cü illər mövsümünün 28-ci turunun “Araz-Naxçıvan”la oyununda qazandığı qələbə sayəsində çatıb.

Cari mövsümdə xallarının sayını 42-ə çatdıran Samir Abasovun baş məşqçisi olduğu kollektiv bununla da tarixi rekorda imza atıb. 

"Gənclik şəhəri" təmsilçisi bundan öncə ən çox xalı da məhz Samir Abasovun rəhbərliyi altında 2017/2018-ci illər mövsümünün yekununda toplamışdı - 40 xal.

Sözügedən mövsümdə Azərbaycan Premyer Liqasında 8 komanda mübarizə aparırdı və ümumilikdə 28 tur oynanılmışdı.