"Beşiktaş" yola düşdü - "Neftçi"nin rəqibi Bakıya bu futbolçularla gəlir
Türkiyənin "Beşiktaş" klubu Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin “Neftçi”yə qarşı ilk oyunu üçün Bakıya yola düşüb.
mediasport.az xəbər verir ki, Şenol Günəşin ölkəmizə gətirəcəyi futbolçular açıqlanıb.
İstanbul klubu Azərbaycana 23 oyunçu ilə səfərə çıxıb.
"Qara qartallar"ın 3 əsas üzvü heyətdən kənar qalıb. Bunlar "Turana" ilə II raund görüşündə qırmızı vərəq almış Artur Masuaku, həmçinin zədədən yeni qayıdan Raşid Gezzalla Cenk Tosundur.
"Neftçi" - "Beşiktaş" oyunu sabah Bakıdakı "Neftçi Arena" stadionunda keçiriləcək və saat 21:00-da başlanacaq.
Qapıçılar: Mert Günok, Ersin Dastanoğlu, Utku Yuvakuran;
Müdafiəçilər: Daniel Amarti, Onur Bulut, Omar Kolli, Umut Meraş, Fransisko Montero, Valentin Rozye
Yarımmüdafiəçilər: Oğuzhan Akgün, Emrecan Bulut, Jedson Fernandes, Amir Hacıahmetoviç, Kerem Kesgin, Jan Onana, Salih Uçan, Necip Uysal, Demir Tıknaz, Kartal Kayra Yılmaz;
Hücumçular: Vebsan Abubakar, Semih Kılıçsoy, Cekson Muleka, Ante Rebiç.