Premyer Liqada 2-ci tur: "Qarabağ"dan ardıcıl 2-ci qələbə

Premyer Liqada 2-ci tur: "Qarabağ"dan ardıcıl 2-ci qələbə

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2-ci tur start götürüb.

Mediasport.az xəbər verir ki, ilk oyun günnüdə bir matç keçirilib.

Son çempion "Qarabağ" Suraxanıda "Kəpəz"i qəbul edib və liqada ardıcıl 2-ci görüşdə qələbə qazanıb.

Turun qalan görüşləri sabah və birigün oynanılacaq.


Azərbaycan Premyer Liqası. 2-ci tur


"Qarabağ" - "Kəpəz" 3:0

Qollar: Riçard Almeyda, 48, Abdullah Zubir, 73, Juninyo, 85.

Hakimlər: Rauf Allahverdiyev, Namik Hüseynov, Teymur Teymurov, Elvin Bayramov

VAR: Elçin Məsiyev

AVAR: Elşad Abdullayev

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

"Azərsun Arena".