Bölgə təmsilçiləri Bakıda qarşılaşır, "Gəncə" Lənkəran səfərinə yollanır

Bölgə təmsilçiləri Bakıda qarşılaşır, "Gəncə" Lənkəran səfərinə yollanır

Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünün 1-ci turunun oyunları keçirilir.

Mediasport.az xəbər verir ki, bu gün 2 görüş baş tutacaq.

NTD və "Abşeron" Bakı İdman Sarayında üz-üzə gələcəklər.

"Lənkəran" - "Gəncə" dueli Lənkəran Olimpiya İdman Kompleksində oynanılacaq.

Yeni mövsümün ilk turunun açılış matçında "Neftçi" "Naxçıvan"a 84:79 hesabı ilə uduzmuşdu.

Azərbaycan Basketbol Liqası. 1-ci tur

19 oktyabr

A qrupu

12:30 NTD - "Abşeron"

Bakı İdman Sarayı.

14:00 "Lənkəran" - "Gəncə"

Lənkəran Olimpiya İdman Kompleksi.