Milli komandalarımız yoldaşlıq görüşündə qüvvələrini sınayıblar

  Milli komandalarımız yoldaşlıq görüşündə qüvvələrini sınayıblar

Bakıda təlim məşq toplanışında olan Azərbaycanın oğlanlardan ibarət basketbol üzrə U-16 və U-18 milliləri yoldaşlıq oyununda qarşılaşıblar.

Mediasport.az xəbər verir ki, Texniki Universitetin idman zalındakı qarşılaşma U-16 yığmasının qələbəsi ilə başa çatıb - 65:58.

Yeniyetmələrin hazırlıq prosesindəki əsas məqsədi müvafiq olaraq 9-14 iyul aralığında Albaniyanın paytaxtı Tirana və iyulun 23-dən 28-dək Elbasan şəhərində keçiriləcək Avropa çempionatı C divizionunun oyunlarına hazırlaşmaqdır.

U-16 millisinin toplanışı iyulun 6-da, digər komandanın isə iyulun 15-də başa çatacaq.