Oğlanlardan ibarət millimiz Avropa çempionu oldu, qızlar isə 2-ci
Azərbaycanın oğlanlardan U-18 basketbol milli komandası Albaniyanın Elbasan şəhərində Avropa çempionatı C divizionunda qızıl medal qazanıb.
Mediasport.az xəbər verir ki, komandamız həlledici görüşdə Lüksemburq seçməsinə qalib gəlib - 77:71.
Anar Sarıyevin baş məşqçisi olduğu kollektiv tarixində 2-ci dəfə 1-ci yeri tutub.
Millimiz son olaraq C divizionunda 2016-cı ildə qalibi olmuşdu.
Eyni yaş qrupu üzrə qızlardan ibarət yığmamız isə C divizionunda ikinci yeri tutub.
Evrən Alkayanın rəhbərlik etdiyi milli Kosovonun paytaxtı Priştina şəhərində təşkil olunmuş yarışın finalında ev sahiblərinə uduzaraq (65:75) gümüş medalla kifayətlənib.