Bu 8 komandadan biri pley-offda "Qarabağ"ın rəqibi olacaq
“Qarabağ”ın avrokubokların pley-offundakı rəqibi noyabrın 7-də keçiriləcək püşkatmad müəyyənləşəcək.
mediasport.az xəbər verir ki,tədbirdə Çempionlar Liqasında 1/8 final, Avropa Liqası və Konfrans Liqasının pley-off mərhələlərinin püşkü atılacaq.
Avropa Liqasının G qrupunda üçüncü olan Azərbaycan çempionu püşkatmada səpələnməmişlər səbətində olacaq. Ağdam klubunun mümkün rəqibləri Konfrans Liqasında qrup ikincisi olan 8 klubdan biridir. Bu komandalar püşkdə səpələnmişlər səbətində yer alacaq.
Püşkatma Bakı vaxtı ilə 17:00-da başlayacaq. “Qarabağ” bu raundda “Fiorentina” (İtaliya), “Bazel” (İsveçrə), “Dnepr-1” (Ukrayna), “Gent”, “Anderlext” (hər ikisi Belçika), ÇFR (Rumıniya), “Lex” (Polşa) və “Partizan” (Serbiya) klublarından biri ilə üz-üzə gələcək.
Pley-off mərhələsinin ilk oyunları 2023-cü il fevralın 16-da və 23-də keçiriləcək. “Qarabağ” bütün səpələnməmişlər kimi ilk oyununu evdə keçirəcək.