Avstriyalıların Azərbaycanla oyun üçün heyəti açıqlanıb - SİYAHI
Oktyabrın 16-da AVRO-2024-ün seçmə qrup mərhələsi çərçivəsində Azərbaycan yığmasının qonağı olacaq Avstriya milli komandasının heyəti açıqlanıb.
Mediasport.az xəbər verir ki, baş məşqçi Ralf Ranqnik seçməmizlə qarşılaşma üçün heyətə 28 futbolçu cəlb edib.
Oktyabrın 13-də Belçika ilə qarşılaşacaq avstriyalılar 3 gün sonra Bakıda yığmamızla üz-üzə gələcəklər.
Heyətə çağırılan futbolçulardan 3-ü qapıçı, 8-i müdafiəçi, 14-ü yarımmüdafiəçi, 3-ü isə hücumçudur:
Qapıçılar: Niklas Hedl ("Rapid"), Patrik Pents ("Brondbü", Danimarka), Aleksander Şlager (“Zalsburq”);
Müdafiəçilər: David Alaba ("Real", İspaniya), Samson Baydu (“Zalsburq”), Flavius Danilyuk ("Salernitana", İtaliya), Kevin Dansa ("Lans", Fransa), Filipp Linhart ("Frayburq", Almaniya), Ştefan Poş ("Bolonya", İtaliya), Gernot Trauner ("Feyenoord", Niderland), Maksimilian Vöber ("Borussiya", Münhenqladbax, Almaniya);
Yarımmüdafiəçilər: Kristof Baumqartner, Ksaver Şlager, Nikolas Seyvald (hamısı “Leypsiq", Almaniya), Məhəmməd Çam ("Klermon", Fransa), Florian Qrilliş ("Hoffenhaym", Almaniya), Marko Qrull, Mattias Seydl (hər ikisi "Rapid"), Florian Kayns, Deyan Lyubiçiç (hər ikisi "Köln", Almaniya), Konrad Laymer ("Bavariya", Almaniya), Aleksander Prass (“Şturm”), Marsel Sabitser (“Borussiya”, Dortmund, Almaniya), Romano Şmid ("Verder", Almaniya), Patrik Vimmer (“Volfsburq”, Almaniya);
Hücumçular: Mixael Qreqoriş (“Frayburq”, Almaniya), Saşa Kalayciç (“Vulverhempton”, İngiltərə), Manprit Sarkaria ("Şturm").