UEFA Çempionlar Liqası görüşünü həmyerlimizə həvalə etdi
Azərbaycanlı hakim Elçin Məsiyev futbol üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələ oyununa təyinat alıb.
MediaSport.az xəbər verir ki, xəbər verir ki, FİFA referisi "Jalgiris" (Litva) - "Struqa" (Şimali Makedoniya) görüşünü idarə edəcək.
Ona yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirəcək.
Qeyd edək ki, "Jalgiris" - "Struqa" qarşılaşması iyulun 11-də Bakı vaxtilə saat 20:00-da başlanacaq.