"Qarabağ" UEFA Çempionlar Liqasında yeni mövsümə qələbə ilə başladı

"Qarabağ" UEFA Çempionlar Liqasında yeni mövsümə qələbə ilə başladı

“Qarabağ” futbol üzrə UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Cəbəllütariqdə yerli “Linkoln”la qarşılaşıb.

MediaSport.az xəbər verir ki, oyuna ənənəvi optimal heyətlə çıxan Ağdam təmsilçisi fasiləyə məğlub yollansa da, ikinci hissədə 2 qol vuraraq ÇL mövsümünə qələbə ilə start verib.

Komandalar arasında cavab görüşü iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək və matç 20:00-da başlanacaq.


UEFA Çempionlar Liqası. I təsnifat mərhələsi. İlk oyun


19:30. "Linkoln" (Cəbəllütariq) - "Qarabağ" (Azərbaycan) 1:2

Qollar: Kike Qomes, 25 - Redon Cica, 59, Yassin Benzia, 90+4.

Hakimlər: Vitali Spasennikov, Raymonds Tatriks, Arturs Sakurovs Aleksandrs Anufriyevs (hamısı Latviya)

“Linkoln”: Dayl Kolinq, Abdul Ayu, Jak Sergent, Bernardo Lopes, Mario Maroto, Mustafa Yahaya, Armando Sosa Pena, Etan Britto, Liam Uolker, Kike Qomez, Xuan Dominqez Riko

"Qarabağ": Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Kevin Medina, Bəhlul Mustafazadə, Marko Veşoviç, Leandro Andrade, Julio Romao, Marko Yankoviç, Nəriman Axundzadə, Abdullah Zubir, Redon Cica

Cəbəllütariq, "Viktoriya" stadionu.