PFL rəsmisi Avropa Konfrans Liqası matçına təyinat aldı

PFL rəsmisi Avropa Konfrans Liqası matçına təyinat aldı

PFL-in icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən yeni təyinat alıb.

Mediasport.az xəbər verir ki, o, Avropa Konfrans Liqasının I təsnifat mərhələsinin oyununda iş başında olacaq.

Qurum rəsmisi iyulun 18-də Albaniyada keçiriləcək “Tirana” (Albaniya) - “Torpedo Kutaisi” (Gürcüstan) görüşünün UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.