"Bura çox güclü rəqiblə oynamağa gəlmişik" - ŞAHRUDDİN

"Bura çox güclü rəqiblə oynamağa gəlmişik" - ŞAHRUDDİN

"Bura çox güclü rəqiblə oynamağa gəlmişik. Sabah yaxşı futbol oynamaq üçün əlimizdən gələni edəcəyik. "Olimpiakos"un yaxşı futbolçuları və azarkeşləri var".

MediaSport.az xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun sabah Pireydə keçiriləcək "Olimpiakos" - "Qarabağ" oyunundan öncə təşkil edilmiş mətbuat konfransında Ağdam klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev deyib.

Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qrupda 2 turdan sonra "Qarabağ" 3 xalla 2-ci, "Olimpiakos" isə 0 xalla sonuncudur.