UEFA İnkişaf Turnirində millimizi meydana çıxmasına peşman etdilər

UEFA İnkişaf Turnirində millimizi meydana çıxmasına peşman etdilər

15 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan yığması Minskdə keçirilən UEFA İnkişaf Turnirində ilk oyununu keçirib.

Mediasport.az xəbər verir ki, millimiz belaruslu yaşıdları ilə mübarizədə 1:8 hesabı ilə məğlub olub.

Turnir çərçivəsində baş tutan digər oyunda Rusiya Özbəkistanı 9:0 hesabı ilə üstələyib.

Azərbaycan milli komandası növbəti oyununu 19 sentyabrda Özbəkistan yığmasına qarşı keçirəcək.