"Qarabağ" ötən mövsüm 24 milyon manatdan çox vəsait qazanıb

"Qarabağ" ötən mövsüm 24 milyon manatdan çox vəsait qazanıb

"Qarabağ"ın 2022/2023-cü illər mövsümündə avrokuboklardan əldə etdiyi ümumi gəlir məlum olub.

Mediasport.az xəbər verir ki, ölkə çempionu 13 milyon 198 min avro (24 milyon 150 min manat) qazanıb.

5 milyon 46 min avro Çempionlar Liqasının təsnifat mərhələləri, 7 milyon 844 min avro Avropa Liqasının qrup mərhələsi və 308 min avro isə Avropa Konfrans Liqasının pley-off mərhələsindəki çıxışına görə ödənilib.

Ümumi məbləğə iştirak haqqı, performans bonusu, əmsala və pley-offa vəsiqəyə görə ödənilən vəsait, eləcə də reklam gəlirləri daxildir.

Qeyd edək ki, "Qarabağ" ötən mövsüm Avropa Konfrans Liqasının pley-off mərhələsində Belçikanın “Gent” klubuna penaltilər seriyasında məğlub olaraq avrokuboklarda mübarizəni dayandırıb.