Burak Yılmaz Superliqa klubunun baş məşqçisi təyin edilib - RƏSMİ
"Beşiktaş"ın sabiq məşqçisi Burak Yılmazın yeni iş yeri müəyyənləşib.
Mediasport.az xəbər verir ki, 38 yaşlı mütəxəssis Superliqa təmsilçisi “Kayserispor”u çalışdıracaq.
Kayseri klubu hazırda liqada 26 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.