AVRO-2024: Albaniya millisi qitə birinciliyinin final mərhələsində!

AVRO-2024:  Albaniya millisi qitə birinciliyinin final mərhələsində!

AVRO-2024-ün seçmə qrup mərhələsində 9-cu turun oyunları keçirilir.

Mediasport.az xəbər verir ki, günün başa çatan ilk 3 matçından sonra Albaniya millisinin tarixində ikinci dəfə qitə çempionatının final mərhələsinə vəsiqə qazanması rəsmiləşib.

Braziliyalı Silvinyonun baş məşqçisi olduğu kollektiv Moldova səfərində 1:1 hesablı bərabərə qalmaqla Almaniyada keçiriləcək yarışda iştirakçı biletini təmin edib. Komanda ilk dəfə AVRO-2016-ya Azərbaycan yığmasının indiki baş məşqçisi Canni De Byazinin rəhbərliyi altında vəsiqə əldə etmişdi.

Xal ehtiyatını 14-ə çatdıran albanlar son turda məğlub olsalar belə, Avropa çempionatının final mərhələsinə ən pis halda qrup ikincisi kimi yollanacaqlar.

Qazaxıstan yığması isə San Marino üzərində qələbə qazanaraq şansını son tura saxlayıb. 18 xalı olan Maqomed Adiyevin komandası qrupun son matçında hazırkı lider Sloveniya millisinin qonağı olacaq.