Fantastik qiymətə reallaşan keçidlər - Ümidləri doğrultmayanlar
2014-2023-cü illər aralığında klubların öz akademiyalarından gətirdikləri futbolçular xaricində transferinə ən çox pul xərclənən və uğurlu olan, həmçinin, ümidləri doğrultmayan oyunçuların adları açıqlanıb.
Mediasport.az xəbər verir ki, uğursuz transferlərin sıralamasında Kriştianu Ronaldu, Eden Azar, Antuan Qrizmann və Luis Suares kimi məşhurlar da yer alıblar.
İlk "3-lük"də Filippe Koutinyo, Eden Azar, Usman Dembele və Neymar qərarlaşıb.
Transferi uğursuz hesab edilən keçidlər
1. Filippe Koutinyo ("Liverpul"dan "Barselona"ya) - 132 milyon avro
2. Eden Azar ("Çelsi"dən "Real"a) - 130 milyon avro
3. Usman Dembele ("Borussiya"dan (Dortmund) "Barselona"ya) - 122 milyon avro
4. Neymar ("Barselona"dan PSJ-yə) - 122 milyon avro
5. Antuan Qrizmann ("Atletiko"dan "Barselona"ya) - 101 milyon avro
6. Kriştianu Ronaldu ("Real"dan "Yuventus"a) - 82 milyon avro
7. Nikolya Pepe ("Lill"dən "Arsenal"a) - 80 milyon avro
8. Xames Rodriges ("Monako"dan "Real"a) - 77 milyon avro
9. Qonsalo İquain ("Napoli"dən "Yuventus"a) - 72 milyon avro
10. Luis Suares ("Liverpul"dan "Barselona"ya) - 71 milyon avro
Transferi uğurlu hesab edilən keçidlər
1. Usman Dembele ("Renn"dən "Borussiya"ya) - 117 milyon avro
2. Cud Bellingem ("Birmingem"dən "Borussiya"ya) - 101 milyon avro
3. Moyses Kaysedo ("İndepentyente del Valye"dən "Brayton"a) - 101 milyon avro
4. Randal Kolo Muani ("Nant"dan "Ayntraxt"a) - 95 milyon avro
5. Duşan Vlahoviç ("Partizan"dan "Fiorentina"ya) - 82 milyon avro
6. Orelyen Çuameni ("Bordo"dan "Monako"ya) - 80 milyon avro
7. Enso Fernandes ("River Pleyt"dən "Benfika"ya) - 73 milyon avro
8. Frenki de Yonq ("Ayaks"ın əvəzedicilərindən əsas komandaya) - 73 milyon avro
9. Toma Lemar ("Kaen"dən "Monako"ya) - 71 milyon avro
10. Karlos Kazemiro ("Sao Paulo"dan "Real"a) - 71 milyon avro
Rövşən
Mənbə: CİES