FİFA prezidenti seçildi - RƏSMİ
Qarşıdakı 4 illik müddətə FİFA prezidentinin adı açıqlanıb.
mediasport.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat paylaşıb.
Dünya futbol təşkilatına 2016-cı ildən rəhbərlik edən Canni İnfantinoya növbəti müddətdə də bu funksiya həvalə olunub. Qərar Ruandanın paytaxtı Kiqalidə keçirilən 73-cü Konqresdə təsdiqlənib.
İsveçrəli futbol funksioneri prezident seçkisinə yeganə rəqib kimi qatılıb.