O da "DÇ-2022"ni buraxacaq

O da "DÇ-2022"ni buraxacaq

Argentina millisi noyabrın 20-də Qətərdə start götürəcək Dünya çempionatı öncəsi ciddi itki ilə üzləşib.

mediasport.az xəbər verir ki, Covani Lo Çelso ombasından aldığı zədə səbəbindən yığmanın heyətindən çıxarılıb.

Həkimlər müayinələrdən sonra çıxış yolunu bud nahiyəsində arxa əzələləri əməliyyat etməkdə görüblər. Futbolçu özü mundialda iştirak etmək üçün tibbi müdaxilələri təxirə salmaq istəyib. Hətta müalicə xərclərini də üzərinə götürəcəyini deyib. Lakin bu, gələcək karyerası üçün ciddi risk ola biləcəyindən sonda DÇ-ni buraxmaq fikri ilə razılaşıb.