Kriştianu Ronaldudan yeni dünya rekordu - qol sayı 850-yə çatdı

Kriştianu Ronaldudan yeni dünya rekordu - qol sayı 850-yə çatdı

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu yeni dünya rekorduna imza atıb.

Mediasport.az xəbər verir ki, 38 yaşlı ulduz futbolçu rəsmi oyunlarda 850-ci qolunu reallaşdırıb.

Hücumçu yubiley qolunu "Əl-Həzm"i səfərdə 1:5 hesabı ilə məğlub etdikləri qarşılaşmada vurub.

Ronaldu rəsmi oyunlarda vurulan qolların sayına görə rekordçudur.

Siyahıda ikinci yeri Amerikanın “İnter" (Mayami) klubunda çıxış edən Lionel Messi tutur. Argentinalının aktivində 818 qol var.