Dünya Kubokunda ən yaxşı qol adına namizədlər açıqlandı - SİYAHI

Dünya Kubokunda ən yaxşı qol adına namizədlər açıqlandı - SİYAHI

Dünya Kuboku-2022-nin ən yaxşı qolu olmağa namizədlərin siyahısı açıqlanıb.

mediasport.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytında məlumat paylaşılıb.

Braziliya millisinin üzvləri Riçarlison və Neymarla yanaşı, namizədlər arasında Salim Əl-Davsari (Səudiyyə Ərəbistanı), Kodi Qakpo (Niderland), Enso Fernandes (Argentina), Vensan Abubakar (Kamerun), Luis Çaves (Meksika), Kilian Mbappe (Fransa) və Baek Seunq Honun (Cənubi Koreya) qolları da yer alıb.