Yaponiya Xorvatiyaya, Braziliya Cənubi Koreyaya qarşı - DÇ-2022
Qətərdə keçirilən Dünya çempionatı yüksək sürətlə işini davam etdirir. Artıq 4 komanda 1/4 final biletini təmin edib.
mediasport.az xəbər verir ki, daha iki yığma 1/8 final səddini bu gün aşacaq.
Final mərhələsində inanılmaz nəticə göstərib Almaniya və İspaniya kimi milli komandaları geridönüşlə məğlub edən və qrupu lider kimi başa vuran Yaponiya yığması son Dünya ikincisi Xorvatiya ilə qarşılaşacaq. Asiya təmsilçisi 1/4 finala vəsiqə qazansa, yəqin ki, azarkeşlər təəccüblənməzlər. Lakin xorvatların da heyəti kifayət qədər təcrübəli və yüksək səviyyəli futbolçulardan qurulub. Odur ki, matçın yetərincə maraqlı keçəcəyini proqnozlaşdırmaq olar.
Günün ikinci yarısında isə meydan beşqat Dünya çempionları, son belə uğuru 20 il əvvəl qazanan cari favorit Braziliya ilə Cənubi Koreya millilərinin ixtiyarına veriləcək. Məhz 2022-ci ildə Yaponiya və Cənubi Koreyanın birgə təşkilatçılığı ilə keçirilmiş mundialın çempionu olmuş "sambaçılar" Qətərdəki DÇ-ni qazanmağa əsas iddialılarından sayılır. Buna rəğmən, asiyalıların asan təslim olacaqlarını kimsə iddia edə bilməz.
Dünya Kuboku-2022. 1/8 final
19:00 Yaponiya - Xorvatiya
Baş hakim: İsmayıl Elfat (ABŞ)
"Əl Cənub" stadionu.
23:00 Braziliya - Cənubi Koreya
Baş hakim: Klemen Turpin (Fransa)
974 stadionu