Çavi istefaya göndərildi - RƏSMİ
"Barselona" rəhbərliyi baş məşqçi Çavi Ernandeslə bağlı qərar verib.
Mediasport.az xəbər verir ki, Kataloniya təmsilçisi ispan mütəxəssislə yollarını ayırıb.
Klubun yaydığı məlumatda 44 yaşlı məşqçi ilə gələn ilin yayında başa çatmalı olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi qeyd olunub.
xatırladaq ki, Çavi "Barsa"ya 2021-ci ilin noyabr ayından rəhbərlik edirdi.
Komanda onun rəhbərliyi altında bir dəfə İspaniya çempionu olub.