Di Mariya keçmiş klubuna qayıtdı

Di Mariya keçmiş klubuna qayıtdı

"Yuventus"dan ayrılan Anxel Di Mariyanın yeni klubu müəyyənləşib.

MediaSport.az xəbər verir ki, dünya çempionu keçmiş komandası "Benfika"ya qayıdıb.

35 yaşlı argentinalı vinger 35 Portuqaliya təmsilçisi ilə 1 illik müqavilə bağlayıb. O, Lissabon klubunun heyətində 2007/2010-cu illərdə çıxış edib.