UEFA prezidenti Kristiano Ronaldoya mükafat təqdim edəcək

 UEFA prezidenti Kristiano Ronaldoya mükafat təqdim edəcək

UEFA Portuqaliya millisinin futbolçusu Kristiano Ronaldonu mükafatlandıracaq.

Mediasport.az xəbər verir ki, 39 yaşlı superulduz UEFA Çempionlar Liqasında bütün zamanların ən sərrast oyunçusu üçün hazırlanmış xüsusi hədiyyəyə layiq görülüb.

Karyerasını Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda davam etdirən forvarda mükafat avqustun 29-da ÇL-in liqa mərhələsinin püşkatma mərasimində təqdim olunacaq.

Monakoda baş tutacaq mərasimdə təcrübəli hücumçuya mükafatı UEFA prezidenti Aleksandr Çeferin təqdim edəcək.

Xatırladaq ki, Ronaldo Çempionlar Liqasında keçirdiyi 183 oyunda 140 qol vurub.

O, 7 fərqli mövsümdə (2007/08, 2012/13, 2013/14, 2014/15*, 2015/16, 2016/17, 2017/18) turnirin bombardiri adını qazanıb.