Cəlal üçün 90 dəqiqə, "Arda" səfərdən heç-heçə ilə qayıdıb

Cəlal üçün 90 dəqiqə, "Arda" səfərdən heç-heçə ilə qayıdıb

Futbol üzrə Bolqarıstan Parva Liqasında 7-ci tura start verilib.

Mediasport.az xəbər verir ki, turun açılış matçında ölkəmizi təmsil edən Cəlal Hüseynovun komandası "Arda" səfərdə "Slavya" (Sofia) ilə qarşılaşıb (1:1).

Cəlal matça start heyətdə başlayıb və sona qədər mübarizə aparıb.

Xatırladaq ki, "Arda" hazırda turnir cədvəlində 10 xalla 7-ci pillədə qərarlaşıb.

Bolqarıstan Parva Liqası. 7-ci tur

30 avqust

"Slavya" (Sofia) - "Arda" 1:1

Qollar: İvan Minçev, 79 (penalti) - Stanislav İvanov, 2.

"Slavya" stadionu.