Cəlal Hüseynov Bolqarıstanda 90 dəqiqə oynayıb, 3 xala sevinib

Cəlal Hüseynov Bolqarıstanda 90 dəqiqə oynayıb, 3 xala sevinib

Futbol üzrə Bolqarıstan çempionatında 10-cu turun oyunları keçirilir.

Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi "Arda" doğma meydanda "Hebar"la qarşılaşıb.

Hüseynovun 90 dəqiqə meydanda olduğu matç Kırcali təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Arda" 8 oyundan sonra 16 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.