Çempionlar Liqası: "İnter" qələbə qazanıb, PSV evdə bərabərə qalıb - Daha 2 oyun bu gecə keçiriləcək
Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları davam edir.
Mediasport.az xəbər verir ki, ötən gecə daha iki görüş keçirlib.
“İnter” Milanda Madrid “Atletiko”sundan üstün olub, PSV isə Dortmund “Borussiya”sı ilə "sülh" bağlayıb.
Bu cütlərdə cavab qarşılaşmaları martın 13-14-də baş tutacaq.
Daha 2 duel bu gecə oynanılacaq.
Qeyd edək ki, ötən həftə 1/8 finalın ilk matçlarından 4-ü oynanılıb.
PSJ "Real Sosyedad"ı (2:0), "Latsio" "Bavariya"nı (1:0), "Mançester Siti" səfərdə "Kopenhagen"i (3:1), "Real" isə Almaniyada "Leypsiq"i (1:0) məğlub edib.
UEFA Çempionlar Liqası. 1/8 final. İlk oyunlar
"İnter" (İtaliya) – "Atletiko" (İspaniya) 1:0
Qol: Marko Arnautoviç, 79.
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Milan. “Cüzeppe Meatsa” stadionu.
PSV (Niderland) – "Borussiya" (Dortmund, Almaniya) 1:1
Qollar: Lük De Yonq, 56-pen – Donyel Malen, 24.
Baş hakim: Sergey Yovanoviç (Serbiya).
Eyndhoven. “Filips” stadionu.
21 fevral
00.00. “Portu” (Portuqaliya) – “Arsenal” (İngiltərə)
Baş hakim: Sərdar Gözübüyük (Niderland)
Portu. “Draqao” stadionu
00.00. “Napoli” (İtaliya) – “Barselona” (İspaniya)
Baş hakim: Feliks Zvayer (Almaniya)
Neapol. “Dieqo Maradona” stadionu