UEFA Çempionlar Liqasında pley-offun ilk oyunlarına yekun vurulub
Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları davam edir.
Mediasport.az xəbər verir ki, ilk matçlar çərçivəsində son iki görüş keçirilib.
Bu cütlərdə cavab qarşılaşmaları martın 13-14-də baş tutacaq.
Qeyd edək ki, 1/8 finalın ilk qarşılaşmalarından 4-ü ötən həftə oynanılıb.
Ümumilikdə PSJ "Real Sosyedad"ı (2:0), "Latsio" "Bavariya"nı (1:0), "Mançester Siti" "Kopenhagen"i (3:1), "Real" "Leypsiq"i (1:0), "İnter" isə "Atletiko"nu məğlub edib, PSV "Borussiya" ilə bərabərə qalıb.
UEFA Çempionlar Liqası. 1/8 final. İlk oyunlar
“Portu” (Portuqaliya) – “Arsenal” (İngiltərə) 1:0
Qol: Qaleno, 90+4.
Baş hakim: Sərdar Gözübüyük (Niderland)
Portu. “Draqao” stadionu
“Napoli” (İtaliya) – “Barselona” (İspaniya) 1:1
Qollar: Viktor Osimhen, 75 - Robert levandovski, 60.
Baş hakim: Feliks Zvayer (Almaniya)
Neapol. “Dieqo Maradona” stadionu