Çempionumuz Qazaxıstan klubu ilə iki dəfə qarşılaşacaq

Çempionumuz Qazaxıstan klubu ilə iki dəfə qarşılaşacaq

Çempionlar Liqasında iştirak edəcək “Araz Naxçıvan” turnirə hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirəcək.

mediasport.az xəbər verir ki, futzal üzrə ölkə çempionu "Kayrat"la (Qazaxıstan) iki yoxlama oyunu keçirəcək.

​Oyunlar oktyabrın 21-də və 22-də baş tutacaq. Matçın keçiriləcəyi məkan və vaxt hələ dəqiqləşməyib. Bununla əlaqədar olaraq, ölkə çempionunun 4-cü turda “Neftçi” İK ilə görüşü qeyri-müəyyən vaxta təxirə salınıb.