Milli komandamız Polşaya bu futzalçılarla yollandı - DÇ-2024

Milli komandamız Polşaya bu futzalçılarla yollandı - DÇ-2024

DÇ-2024-ün əsas mərhələsi çərçivəsində qrupda son oyununu Polşa yığmasına qarşı keçirəcək futzal milli komandamız səfərə 14 oyunçu ilə yollanıb.

mediasport.az xəbər verir ki, baş məşqçi Joze Alesio da Silva martın 7-də oynanılacaq qarşılaşma üçün bu futzalçılara güvənəcək:

Qapıçılar: Emin Kürdov, Rövşən Hüseynli

Oyunçular: Eduardo Borges, Rafael Vilela, Xətai Bağırov, Amadeu, Felipinyo, Xəzər Ağalızadə, Tyaqo Bolinya, Ramiz Çovdarov, Fineo, İsa Atayev, Qallo, Hadi Əhmədi.

Yığmamız istənilən hesabdan asılı olmayaraq, DÇ-nin elit-raunduna vəsiqə qazanıb. Polşalılarla duel yalnız qrup liderliyi baxımından əhəmiyyət daşıyır.