ÇL-də həftənin futbolçusu olmağa namizədlər müəyyənləşib
UEFA Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turundan sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
Mediasport.az xəbər verir ki, qalib olmağa 4 futbolçu namizəd göstərilib.
Bunlar "Real"dan Cud Bellingem, "Atletiko"dan Alvaro Morata, "Braqa"dan Bruma və "Mançester Yunayted"dən Rasmus Hoylunddur.
Qalib UEFA-nın saytında keçirilən səsvermə ilə seçiləcək.