UEFA Rusiyaya pul ödədi
UEFA 2021/2022-ci illər mövsümündə Çempionlar Liqasının final oyununun yerinin dəyişdirilməsinə görə Rusiyaya təzminat ödəyib.
mediasport.az xəbər verir ki, bu barədə matçın hazırlıq üzrə Təşkilat Komitəsinin baş direktoru Aleksey Sorokin məlumat verib.
O, Avropa futbol qurumunun xərclərə görə kompensasiya ödədiyini deyib.
Ali futbol qurumu final matçını Ukraynaya hücum səbəbindən Sankt-Peterburqdakı "Qazprom Arena"dan alaraq Parisdəki "stad de Frans" arenasına keçirmişdi. Fransa paytaxtında oynanılan görüşdə "Real" (Madrid) "Liverpul"a qalib gəlmişdi - 1:0.