III raundun daha 3 görüşü bu axşam oynanılacaq - Çempionlar Liqası

III raundun daha 3 görüşü bu axşam oynanılacaq - Çempionlar Liqası

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin daha 3 oyunu keçiriləcək.

mediasport.az xəbər verir ki, ilk matçlar çərçivəsində bş tutacaq görüşlər Yunanıstan, Slovakiya və Şotlandiyada oynanılacaq.

Mərhələnin 6 qarşılaşması dünən baş tutub. 

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası isə Yunanıstanda AEK-lə qarşılaşmalı olsa da, azarkeşlər arasında baş vermiş insident nəticəsində yerli fanatın öldürülməsi səbəbindən qarşılaşma təxirə salınıb.

Bu komandalar arasında ilk duel avqustun 15-də Bakı vaxtilə saat 20:00-da Zaqrebdə, cavab görüşü isə avqustun 19-u saat 20:45-də Afinada olacaq.


UEFA Çempionlar Liqası. III təsnifat mərhələsi. İlk oyunlar


22:00 "Panatinaikos" (Yunanıstan) - "Marsel" (Fransa)

22:30 "Slovan" (Slovakiya) - "Makkabi" (İsrail, Hayfa)

22:45 "Reyncers" (Şotlandiya) - "Servette" (İsveçrə)