Mahirin komandası evdə uduzdu, "Qalatasaray" və "Rakuv" pley-offda

Mahirin komandası evdə uduzdu, "Qalatasaray" və "Rakuv" pley-offda

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilib.

mediasport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" (Xorvatiya) ilk matç çərçivəsində doğma meydanda AEK-lə qarşılaşıb.

Futbolçumuzun klubu ilk hissəni qalib başa vursa da, yekunda məğlub olub. Mahir meydana fasilədən sonra çıxıb. Bu komandaların cavab görüşü 4 gün sonra Yunanıstanda baş tutacaq.

Yarışın II təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"ı üstələyən "Rakuv" bu dəfə Kiprin "Aris" klubundan güclü olub. Hər iki matçı qalib tamamlayan Polşa təmsilçisi adını pley-offa yazdırıb.

Türkiyənin ÇL-dəki yeganə klubu "Qalatasaray" da pley-offa vəsiqə qazananlar sırasında yer alıb.


UEFA Çempionlar Liqası. III təsnifat mərhələsi. Cavab oyunları


“Aris” (Kipr) – “Rakuv” (Polşa) 0:1 (ilk oyun 1:2)

“Makkabi” (Hayfa, İsrail) – “Slovan” (Slovakiya) 3:1 (2:1)

“Molde” (Norveç) – “Klaksvik” (Farer adaları) 2:0 (1:2)

“Sparta” (Çexiya) – “Kopenhagen” (Danimarka) 3:4 (0:0)

“Qalatasaray” (Türkiyə) – “Olimpiya” (Sloveniya) 1:0 (3:0)

"Baçka Topala" (Serbiya) – “Braqa” (Portuqaliya) 1:4 (0:3)

“Servett” (İsveçrə) – “Reyncers” (Şotlandiya) 1:1 (1:2)

“Şturm” (Avstriya) – PSV (Niderland) 1:3 (1:4)

“Marsel” (Fransa) – “Panatinaikos” (Yunanıstan) 2:1, penaltilərlə - 3:5 (0:1)


İlk oyun

“Dinamo” (Zaqreb, Xorvatiya) – AEK (Yunanıstan) 1:2


Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin qarşılaşmaları avqustun 22-23-də və 29-30-da oynanılacaq.