Cüdoçularımız Qətərdəki Dünya çempionatında biabır oldular!
Qətərin paytaxtı Dohada keçirilən cüdo üzrə Dünya çempionatı Azərbaycan yığmasının fiaskosu ilə nəticələnib.
mediasport.az xəbər verir ki, mundiala 13 idmançı ilə yollanan milli yalnız bir medal qazana bilib.
100 kq-da mübarizə aparan Zelim Kotsoyevin gücü bürünc medala çatıb. DÇ-də sonuncu təmsilçimiz, +100 kq çəkidə yarışan Uşangi Kokauri də ümidləri doğrultmayıb. Beləliklə, Qətərə yollanan 13 cüdoçunun 12-sinin əli ətəyindən uzun qalıb. FİASKO!
Oğlanların yarışında Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), Məmmədəli Mehdiyev, Murad Fətiyev (hər ikisi 90 kq), qadınlardan isə Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar.