Bu iki cüdoçu Azərbaycan millisinin heyətindən niyə çıxarıldı?
Bakıda keçiriləcək cüdo üzrə Böyük Dəbilqə yarışına hazırlaşan Azərbaycan millisinin heyətində dəyişiklik olub.
mediasport.az xəbər verir ki, 90 kq çəki dərəcəsində Vüqar Talıbov və 100 kq-dan yuxarı çəkidə təmsilçimiz Uşangi Kokauri zədə səbəbindən heyətdən çıxarılıb.
Bu, yığmanın baş həkiminin təqdimatı, performans direktoru və məşqçilər heyətinin qərarı ilə baş tutub. Hər iki idmançının müalicələri davam etdirilir. Onları Nihad Şıxəlizadə (90 kq) və İbrahimxəlil Ömərov (+100 kq) əvəzləyiblər.
Böyük Dəbilqə 4-6 noyabr tarixlərində təşkil ediləcək.