25 ildən sonra yığmada bir İLK
Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa çempionatının ilk günündə Azərbaycan 2 qızıl, 1 gümüş medal qazanıb.
Mediasport.az xəbər verir ki, Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) 25 ildən sonra azərbaycanlı qız cüdoçuların gənclərin Avropa çempionatında ilk qızıl medallarını qazanıblar.
Qızlardan ibarət milli yığma bunadək ilk və son dəfə məhz 1999-cu ildə 2 qızıl medal əldə edə bilib.
İlk yarış günündən sonra Azərbaycan həm qızların sıralamasında, həm də ümumi komanda hesabında 39 ölkə arasında liderdir.