III təsnifat mərhələsində daha 3 oyun keçirildi - UEFA Çempionlar Liqası

III təsnifat mərhələsində daha 3 oyun keçirildi - UEFA Çempionlar Liqası

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk matçları çərçivəsində daha 3 oyun keçirilib.

mediasport.az xəbər verir ki, Yunanıstan və Şotlandiyada ev sahibləri, Slovakiyada isə qonaq komanda sevinib.

Bu raundaun əvvəlki görüşləri avqustun 8-də oynanılıb. Yunanıstanda AEK və Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası arasında keçirilməli olan matç yerli azarkeşin öldürülməsinə görə avqustun 15-nə təyin edilib.


UEFA Çempionlar Liqası. III təsnifat mərhələsi. İlk oyunlar


"Panatinaikos" (Yunanıstan) - "Marsel" (Fransa) 1:0

Qol: Bernard, 83.

Qırmızı vərəqə: Joffre Kondoqbia, 63 ("Marsel").


"Slovan" (Slovakiya) - "Makkabi" (Hayfa, İsrail) 1:2

Qollar: Yuray Kuçka, 12 - Fratsdi Pyero, 5. Dia Saba, 15.


"Reyncers" (Şotlandiya) - "Servette" (İsveçrə) 2:1

Qollar: Ceyms Tavernye, 6. Siril Dessers, 15 - Kris Bedia, 44.

Qırmızı vərəqə: David Dulin, 60 ("Servette").