ÇL-də həftənin ən yaxşısı

ÇL-də həftənin ən yaxşısı

UEFA Çempionlar Liqasında qrup mərhələsinin üçüncü turunun ən yaxşı oyunçusunun adını açıqlayıb.

MediaSport.az xəbər verir ki, həftənin ən yaxşı futbolçusu adını "Leypsiq"in hücumçusu Andre Silva qazanıb.

Portuqaliyalı forvard səsvermədə "Borussiya"dan (Dortmund) Cud Bellinqem, "Napoli"dən Di Lorenzo və "Yuventus"dan Anxel di Mariyanı qabaqlayıb. Hücumçu komandasının Şotlandiya "Seltik"ini 3:1 hesabı ilə məğlub etdiyi qarşılaşmada 2 qol vurub.