ÇL-də həftənin ən yaxşı oyunçusu olmağa namizədlər məlumdur

ÇL-də həftənin ən yaxşı oyunçusu olmağa namizədlər məlumdur

Futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin bu həftə baş tutan matçlarından sonra ən yaxşı oyunçu adına namizədlər müəyyənləşib.

Mediasport.az xəbər verir ki, qalib adına "Real"dan Brahim Dias, "Mançester Siti"dən Kevin de Brüyne, PSJ-dən Kilian Mbappe və "Latsio"dan Matteo Günduzi namizəddir.

Qalib UEFA-nın saytında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.