Beş ölkə UEFA-ya rəsmi müraciət etdi - AÇ-2028-i keçirmək üçün
Beş ölkə - İngiltərə, Şotlandiya, İrlandiya, Şimali İrlandiya və Uels 2028-ci ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi etmək üçün birgə ərizəni rəsmən UEFA-ya təqdim ediblər.
mediasport.az xəbər verir ki, Birləşmiş Krallıq hələlik 2023-cü ilin sentyabrında baş tutacaq seçkilərdə qalib olmağa əsas namizədlərdən sayılır.
Əgər britaniyalıların istəyi baş tutsa, beş ölkənin ümumi şüarı "Futbol hamı üçün, futbol yaxşılıq üçün, futbol gələcək üçün" devizi altında olacaq.
AÇ-2028 üçün daha əvvəl Türkiyə də istəyini bildirib, lakin qonşu ölkə UEFA-ya hələlik rəsmi müraciət ünvanlamayıb. Qurumun İcraiyyə Komitəsi Rusiya Futbol İttifaqının müvafiq müraciətinə isə məlum hadisələrdən dolayı imtina verib.