92 illik rekordu qırdı
“Mançester Siti”nin qoleadoru Erlinq Haaland İngiltərə Premyer Liqası tarixində növbəti rekorda imza atıb.
mediasport.az xəbər verir ki, norveçli forvard buna cari mövsüm 50-ci qolunu vurmaqla nail olub.
34-cü turun “Fulhem”lə səfər görüşündə fərqlənən "vikinq" 1931-ci ildən bəri Premyer Liqa klublarının futbolçuları arasında bir mövsüm ərzində bütün turnirlərdə 50 qol həddinə çatan ilk futbolçu kimi tarixə düşüb.