20 yaşadək futbolçuların 2023-cü il üçün rəmzi komandası açıqlanıb

20 yaşadək futbolçuların 2023-cü il üçün rəmzi komandası açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 20 yaşadək futbolçulardan ibarət 2023-cü ilin rəmzi komandasını müəyyənləşdirib.

Mediasport.az xəbər verir ki, heyət avropalı oyunçulardan tərtib olunub.

3-4-3 taktiki düzülüşünə uyğun “11-lik”də ən çox futbolçu İspaniya millisinin aktivinə yazılıb (3).

Qapıçı: Sebastyano Deplanş (İtaliya);

Müdafiəçilər: Levi Koluill (İngiltərə), Antonio Silva (Portuqaliya), Alexandro Balde (İspaniya);

Yarımmüdafiəçilər: Qavi (İspaniya), Cud Bellingem (İngiltərə), Varren Zayr-Emeri (Fransa), Camal Musiala (Almaniya);

Hücumçular: Lamin Yamal (İspaniya), Rasmus Hoylund (Danimarka), Xavi Simons (Niderland).