De Byaziyə məlumat verildi, milliyə Rusiyadan hücumçu gətirilir
AFFA Moskva "Torpedo"sunun hücumçusu David Karayevi əsas milli komandamıza dəvət etməyə hazırlaşır.
MediaSport.az xəbər verir ki, əvvəllər Azərbaycanın aşağı yaş qruplarından ibarət yığmalarında çıxış etmiş 27 yaşlı forvar barədə baş məşqçi Canni de Byaziyə məlumat verilib.
Karaevin AÇ-2024-ün seçmə mərhələ oyunlarına qədər yığmanın düşərgəsinə cəlb ediləcəyi gözlənilir. Onun yığmamızda yoxlama oyunları zamanı debüt edəcəyi də istisnaolunmur.
David cari mövsüm Rusiya Premyer Liqası və kubok oyunları daxil olmaqla “Torpedo”nun heyətində 14 görüşə 2 qol vurub.