Anton 90 dəqiqə mübarizə apardı, "Daejon" meydandan 1 xalla ayrıldı
Cənubi Koreyada çıxış edən Anton Krivotsyuk növbəti oyununa çıxıb.
Mediasport.az xəbər verir ki, "Daejon"un formasını geyinən Azərbaycan millisinin üzvü "Qvandju"ya qarşı 90 dəqiqə oynayıb.
Qolsuz heç-heçədən sonra xalını 42-ə çatdıran Krivotsyukun komandası 9-cu pillədə yerini qoruyub.
Xatırladaq ki, "Daejon"un növbəti - 37-ci turda rəqibi "İnçeon" olacaq.