İsrafilov Malayziyada debütünü 5:0 hesablı qələbə ilə qeyd etdi
"Neftçi"dən ayrılan Eddi İsrafilov Malayziyanın "Yohor Darul Təzim" klubunda debüt edib.
Mediasport.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi "Penanq"a qarşı ev görüşündə meydana çıxıb.
İsrafilovun 90 dəqiqə oynadığı matç komandasının 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
9 turdan sonra xallarının sayını 25-ə çatıdran Johor Baru təmsilçisi liderliyini möhkəmləndirib.