"Barselona" 20 gün əvvəl transfer etdiyi azərbaycanlı futbolçunu 4-cü liqa komandasına icarəyə göndərdi

"Barselona" 20 gün əvvəl transfer etdiyi azərbaycanlı futbolçunu 4-cü liqa komandasına icarəyə göndərdi

Avqustun 11-də azad agent kimi "Barselona"ya keçən qapıçı Eldar Tağızadə icarəyə göndərilib.

Mediasport.az xəbər verir ki, 21 yaşlı dəri əlcək sahibi Kataloniya təmsilçisinin B komandasından səviyyəcə 4-cü liqada mübarizə aparan "Tudelano"ya keçib.

Eldar 2025-ci ilin 30 iyununa qədər həmin komandanın formasını geyinəcək.